Bakıda yaşayış binasında yanğın

 10:07 08.07.2023     341

Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.

FHN-dən Redaktor.az-a verilən məlumata görə, binanın 1-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 8 ədəd elektrik sayğacı və 5 p.m kabel yanıb. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.