Ağdaşda yük avtomobili yandı - VİDEO

 10:32 08.07.2023     312

Ağdaş rayonunun Qaradağlı kəndində yük avtomobilində yanğın baş verib. 

Redaktor.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumat əsasında dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti Ağdaş Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində “Kamaz” markalı yük avtomobilinin kabinasında baş vermiş yanğın qısa müddətdə söndürülərək digər hissələrinə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində avtomobilin kabina hissəsi yanıb, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.