TƏBİB Lənkəranda ana və körpənin ölümü barədə məlumat yaydı
TƏBİB Lənkəran Regional Perinatal Mərkəzində hamilə və körpənin ölümü barədə məlumat yayıb.
Redaktor.az-ın məlumatına görə, TƏBİB-dən apa-nın sorğusuna cavab olaraq bildirilib ki, iyulun 7-də saat 05:49 radələrində hamiləliyin 24-cü həftəsində olan 1995-ci il təvəllüdlü Lənkəran rayon Kərgəlan kənd sakini Qurbanzadə Aygün İlham qızı vaxtından əvvəl doğuş təhlükəsi, ciftin vaxtından əvvəl hissəvi ayrılması, kəskin qanaxmanın başlanması diaqnozu ilə Lənkəran Regional Perinatal Mərkəzinə yerləşdirilib.
Reanimasyon və cərrahi tədbirlərə baxmayaraq ana və körpənin həyatını xilas etmək mümkün olmayıb. Hazırda baş verən ölüm hadisəsi ilə bağlı aidiyyəti orqanlar tərəfindən araşdırılma aparılır.