Xudatda maşın atlını vurdu, ölən var

 12:55 08.07.2023     480

Xudatda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Xudat-Nabran yolunun 8-ci km-də qeydə alınıb. Hacıbaba Xanmusayev idarə etdiyi "Nissan" markalı avtomobillə atla hərəkətdə olan 38 yaşlı Bəhruz Bayramovu vurub. B.Bayramov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir (apa).

Vumart və Güvən reklamı Vumart Güvən