İrandan Azərbaycana 4 kq narkotik keçirilməsinin qarşısı alındı

 13:07 08.07.2023     436

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Məlumata görə, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində iyul ayının 7-də saat 22:40-da “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Arus kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 4 kiloqram 372 qram narkotik vasitə “marixuana”, 78 qram “heroin” və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 1920 ədəd “preqobalin – 150” həbi aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.