Xızıda baş verən yanğın meşə sahəsinə keçdi

 16:11 08.07.2023     452

Xızı rayonunun Tıxlı kəndində bələdiyyə ərazisində yanğın baş verib.

Redaktor.az xəbər verir ki, güclü külək səbəbindən yanğın meşə sahəsinə keçib.

Hazırda yanğının söndürülməsi istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli nümayəndələri və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təxirəsalınmaz tədbirlər həyata keçirir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova  saytımıza bildirib ki, yanğın hadisələrinin baş verməməsi üçün vətəndaşlar ehtiyyatlı və diqqətli olmalıdır.

“Vətəndaşları yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə, məsuliyyət hiss edərək yanğına şərait yaradan bütün hallardan çəkinməyə çağırırıq”.