Xızıda dağlıq-meşəlik ərazidəki yanğın məhdudlaşdırıldı

 19:11 08.07.2023     273

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində Xızı rayonunun Tıxlı kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə baş vermiş yanğın tam nəzarətə götürülüb.

Bu barədə Redaktor.az-a FHN-dən bildirilib.

Yanğısöndürənlərin fədakarlığı sayəsində yanğının genişlənərək meşəlik əraziyə keçməsinin qarşısı alınıb.

Hazırda bəzi közərmə ocaqlarının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.