Xızıdakı yanğının verdiyi zərər açıqlandı

 21:01 08.07.2023     333

Xızı rayonunun Tıxlı kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə baş vermiş yanğın nəticəsində təxminən 60 hektar sahədə quru ot və kol-kos yanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə hallar nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ətraf ərazilər, o cümlədən meşə, yaxınlıqda yerləşən yanacaqdoldurma məntəqəsi və yaşayış sahələri yanğından mühafizə olunub, həmçinin yanğının Altıağac Milli Parkına keçməsinin qarşısı alınıb.