Sabirabadda iki avtomobil toqquşdu, xəsarət alan var

 21:14 08.07.2023     240

Sabirabadda iki avtomobil toqquşub, sürücülər xəsarət alıb.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Həşimxanlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun Bulduq kənd sakini, 1985-ci il təvəllüdlü İmanov Ruhul Sahil oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən rayonun Həşimxanlı kənd sakini, 1994-cü il təvəllüdlü Cabbarlı Kamran Qafar oğlunin idarə etdiyi “VAZ-2107” markalı avtomobili ilə toqquşub.

Qəza zamanı hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar Sabirabad Rayon Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.