Paytaxtda quru otluq sahədəki yanğın söndürüldü - YENİLƏNİB
Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində quru otluq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Yanğınsöndürmə işlərinə "Azərbaycan Dəmir Yolları" QSC-nin yanğınsöndürmə qatarı da cəlb olunub.
Əlavə məlumat veriləcək.
****
14:06
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində quru otluq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.
Redaktor.az-ın xəbərinə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə qüvvələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.