Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas olundu

 23:59 09.07.2023     360

Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas olunub.

Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Şüvəlan”, “Nardaran” sularda xilasetmə məntəqələrinin ərazisində və “Qızılqum”, "Bilgəh" sularda xilasetmə məntəqələrindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas olunub.