15 yaşlı oğlan suda boğularaq öldü

 09:13 10.07.2023     705

Masallı rayonunda 15 yaşlı oğlan suda boğularaq ölüb.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Qəriblər kəndində qeydə alınıb.

Belə ki, 2008-ci il təvəllüdlü Nurlan Novruzov Viləşçay su tutumunda çimərkən boğulub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır (report).