Xəstəxananın direktor müavinini şantaj edən şəxslər həbs edildi

 09:19 10.07.2023     545

Sabirabad Rayon Mərkəzi Xəstəxanasının direktor müavini Bayram Mikayılovu şantaj edən şəxslər həbs edilib.

Redaktor.az xəbər verir ki, iyunun 27-də Azər Həsənov və Zamin Əminov direktor müavinini rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək ondan 15 min manat pul tələb ediblər.

Daha sonra hər iki şəxs B.Mikayılovdan 2600 manat pul alarkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Onların barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib (report).