Ağcabədidə toy mərasimində 34 nəfər zəhərləndi - YENİLƏNİB

 10:29 10.07.2023     638

Ağcabədi rayonunun Rəncbərlər kəndində ev şəraitində təşkil olunan məclisdə baş vermiş hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Bu barədə Redaktor.az-a AQTA-dan məlumat verilib.

İlkin araşdırma zamanı məlum olub ki, toy mərasimində məişət şəraitində hazırlanan məhsullar istehlakçılara təqdim olunub.

"Araşdırmalar davam edir, nəticələr barədə ətraflı məlumat veriləcəkdir", - məlumatda qeyd edilib.

***

Ağcabədidə toyda kütləvi zəhərlənmə olub.

Redaktor.az xəbər verir ki, Rəncbərlər kəndində yerləşən toy mərasimində 34 nəfər, o cümlədən 16 yetkinlik yaşına çatmayan şəxs qidadan zəhərlənib.

Onlar xəstəxanaya yerləşdirilib.

Zəhərlənən şəxslərin bir çoxuna ilkin tibbi yardım göstərilib və evə buraxılıb.