Samux sakinin üzərinə isti su ilə dolu samovar aşdı

 11:54 10.07.2023     1278

Samux sakini yanıq xəsarətləri alıb.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Qovlarsarı kəndində qeydə alınıb. Kənd sakini 1952-ci il təvəllüdlü F.Bəşirov bədənin müxtəlif hissəsinin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirib. Dərhal yardım göstərilib, vəziyyətinin kafi olduğu bidirilir.

Məlumata görə F.Bəşirovun üzərinə yas mərasimində isti su ilə dolu samovar aşıb. Nəticədə o, yanıq xəsarətləri alıb (apa).