"Hyundai" yandı, xəsarət alan var - YENİLƏNİB

 23:59 10.07.2023     363

Balakəndə minik avtomobili yanıb, sürücü yanıq xəsarətləri alıb.

Redaktor.az xəbər verir ki, saat 15:30-da Balakən şəhər Səttar Gözəlov küçəsində, 1965-ci il təvəllüdlü Balakən rayon sakini Rafiq Əmirxan oğlu Ukalayevə məxsus "Hundai Accent" markalı minik avtomobilində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən Rayon Dövlət Yangından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub.

Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları tamamilə yanıb.

Yanğın zamanı yuxarı və aşağı ətraflarından müxtəlif dərəcəli yanıq xəsarətləri alan sürücü R.Ukalayev Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Faktla baglı araşdırma aparılır (APA).

***

Balakəndə avtomobil yanıb.

Redaktor.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, "Hyundai" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.