Sumqayıt sakinindən 415 ədəd metadon həbi götürüldü

 12:44 11.07.2023     329

Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Sumqayıt şəhər sakini Ümid Əhmədovdan 1 kiloqram tiryək, 80 ədəd ekstazi və 400 ədəd metadon həbləri aşkar olunaraq götürülüb.

DİN-dən Redaktor.az-a verilən xəbərə görə, davam etdirilən tədbirlərlə onun Bakı şəhərində kirayədə yaşadığı mənzilə baxış zamanı əlavə 71 qramdan artıq metamfetamin, 129 qrama yaxın marixuana, 15 ədəd metadon həbi və 2 ədəd elektron tərəzi də götürülüb.

Araşdırma aparılır.