Narkotikin qanunsuz satışında təqsirləndirilən şəxsə bəraət verildi

 14:44 11.07.2023     310

Bakıda narkotik vasitələrin qanunsuz satışında təqsirləndirilən Elşən Əkbərova bəraət verilib.

Redaktor.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

İttiham aktına əsasən, E.Əkbərov ötən ilin martında paytaxtın Suraxanı rayonunda polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman 6 qram heroin aşkarlanıb.

E.Əkbərova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi üzrə ittiham elan olunub (report).