Bu il narkotiklərlə bağlı 5900-ə yaxın cinayət faktı aşkarlanıb

 19:03 11.07.2023     324

Bu ilin 6 ayı ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı 5881 cinayət faktı aşkarlanıb.

Redaktor.az xəbər verir ki, bunu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədov deyib.

Bildirib ki, qanunsuz dövriyyədən 4 ton 623 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə müsadirə edilib:

"Ötən ilin eyni dövrü ilə müqayisədə cinayətlərin sayı 103 fakt, müsadirə edilən narkotiklərin və psxiotrop maddələrin miqdarı isə 1 ton 204 kq artıb".