Qobustanda avtomobil qəzasında 2 nəfər öldü - YENİLƏNİB

 23:35 11.07.2023     623

Qobustanda ağır yol qəzası olub, ölənlər var.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Redaktor.az-a verilən məlumata görə, bu gün axşam saatlarında Qobustan rayonunun Şıxzahırlı ərazisində "Mercedes" markalı avtomobilin sürücüsü, 1985-ci il təvəllüdlü Cavid Mürsəliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Sürücü və avtomobildəki sərnişin 1988-ci il təvəllüdlü Cavid Həmzəyev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

****

21:29

Qobustan rayonunun Cəngi kəndində avtomobil qəzası baş verib. 

Redaktor.az APA-ya istinadla xəbər verir ki, ilkin məlumatlara əsasən hadisədə iki nəfər dünyasını dəyişib iki nəfər ağır yaralanıb.