Yeniyetmə 56 yaşlı qonşusunu öldürdü

 18:00 12.07.2023     270

Bərdədə 17 yaşlı oğlan qətl törədib.

Redaktor.az rayon prokurorluğuna istinadən xəbər verir ki, iyulun 11-i Bərdə rayonunun Qarağacı kənd sakini, 1967-ci il təvəllüdlü Sahib Bayramovun xəstəxanada ölməsi barədə məlumat daxil olub.

Aparılmış istintaqla 2006-cı il təvəllüdlü Zöhrab Əsgərovun iyulun 9-da aralarında yaranmış mübahisə zamanı Sahib Bayramova bıçaqla xəsarətlər yetirməsi nəticəsində sonuncunun 2 gün sonra müalicə aldığı xəstəxanada ölməsinə  əsaslı şübhələr müəyyən edilib.

Fakta dair Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Bərdə rayon prokurorluğunda cinayət işinin istintaqı aparılır.

Zöhrab Əsgərov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.  Hazırda ibtidai istintaq tədbirləri davam etdirilir.

Məlumata görə, 56 yaşlı kişini öldürən 17 yaşlı Zöhrab onun qapıbir qonşusu olub (qafqazinfo).