Yanıq xəsarətləri alan qadın dünyasını dəyişdi
Ötən gün Lənkəranda yanıq xəsarətləri alan 45 yaşlı qadın dünyasını dəyişib.
Redaktor.az-ın məlumatına görə, ötən gün Lənkəran rayonunun Kərgəlan kəndində küçədə zibil yandırarkən özü yanıq xəsarəti alan kənd sakini, 1978-ci il təvəllüdlü Zəhra Fikrət qızı Hüseynova bu gün dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.