Goranboyda evdə YANĞIN

 10:28 13.07.2023     548

Goranboy şəhərində ümumi sahəsi 30 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları və yaxınlıqda ümumi sahəsi 21 m² olan vaqon tipli köməkçi tikilinin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.