Bakıda piyadanı maşın belə vurdu - VİDEO

Bakıda avtomobil piyadanı vurub.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Redaktor.az-a verilən xəbərə görə, yolun hər iki tərəfində piyada keçidi olmasına baxmayaraq, keçiddən istifadə etməyən piyadanı avtomobil vurub.
Yol-nəqliyyat hadisəsi bu gün səhər saatlarında Səbail rayonu, Bülbül prospektində, ”Sahil” metro stansiyasının yaxınlığında baş verib.
"Təəssüf ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, vətəndaşların bəziləri hələ də piyada keçidlərindən istifadə etmirlər. Nəticədə də həyatlarını təhlükəyə atırlar", - məlumatda qeyd edilib.