Goranboyda avtomobil maneəyə çırpıldı, xəsarət alanlar var

 21:23 13.07.2023     711

Goranboy rayonunun Xan Qərvənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub.

Redaktor.az xəbər verir ki, minik avtomobilinin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində, Goranboy rayon sakinləri, 1999-cu il təvəllüdlü T.Süleymanov və onun həmyaşıdı F.İnqilablı müxtəlif bədən xəsarətləri alıblar.

Hər ikisi xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.