Yolu keçən ana və qızını maşın vurub öldürdü

 16:58 14.07.2023     336

Qobustan qəsəbəsində ana və qızını avtomobil vurub.

DİN-in Mətbuat xidmətindən Redaktor.az-a verilən xəbərə görə, Sabirabad rayon sakini B.Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Gədəbəy rayon sakini L.İbrahimovanı və qızını vurub.

Qəza nəticəsində hər iki piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.