Bakıda neft kəmərlərinin yaxınlığında baş verən yanğın söndürüldü

 17:59 14.07.2023     293

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Pəhləvan Fərzəliyev küçəsində neft kəmərlərinin ətrafındakı quru ot və kol-kosdan ibarət sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Redaktor.az-a verilən xəbərə görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdan keçən neft kəmərlərinə və elektrik naqillərinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində yol kənarında 250m² sahədə quru ot və kol-kos yanıb.

Yaxınlıqdan keçən neft kəmərləri və elektrik xətləri yanğından mühafizə olunub.

Bakıda neft kəmərlərinin yaxınlığında baş verən yanğın söndürülübBakıda neft kəmərlərinin yaxınlığında baş verən yanğın söndürülübBakıda neft kəmərlərinin yaxınlığında baş verən yanğın söndürülübBakıda neft kəmərlərinin yaxınlığında baş verən yanğın söndürülüb