Göyçayda ev yandı, xəsarət alan var - YENİLƏNİB

 21:16 14.07.2023     266

Göyçay şəhərində ümumi sahəsi 160 m² (hər mərtəbəsi 80 m²) olan ikimərtəbəli 6 otaqlı evdə yanğın olub.

Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 50 m² olan talvarın altında dayanan “ВАЗ” markalı minik avtomobilinin salonu yanıb.

"Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Talvar, avtomobilin qalan hissəsi və yaxınlıqda olan ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə qeyd olunub.

***

19:39

Göyçayda fərdi yaşayış evi yanıb, sahibi xəsarət alıb.

Redaktor.az xəbər verir ki, hadisə bu gün saat 18:00 radələrində Göyçay şəhərinin İbrahim Göyçaylı küçəsində yerləşən ikimərtəbəli evdə qeydə alınıb.

Hadisə zamanı evlə yanaşı, içərisindəki əşyalar tamamailə yanaraq yararsız hala düşüb. Hazırda yanğınsöndürənlər hadisə yerindədir, alovun yaxınlıqdakı evlərə keçməsinin qarşısını almağa çalışırlar.

Yanğın zamanı ev sahibi Oqtay adlı şəxs yanıq xəsarətləri alıb, hadisə yerinə Göyçay rayon təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının işçiləri cəlb olunub, vətəndaşa tibbi yardım göstərilir.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.