60 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürdü

 22:43 14.07.2023     245

Şəmkir rayonunun Cəfər Cabarlı kəndində yerli sakini elektrik cərəyanı vuraraq öldürüb.

Redaktor.az xəbər verir ki, rayonun Dəllər Cırdaxan kənd sakini, 1963-cü il təvəllüdlü Məmmədov Oruc Mayıl oğlunu kənd ərazisində küçənin elektrik dirəyinə toxunub. Bu zaman elektrik cərəyanı onu vurub.

Zərərçəkən ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Lakin göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.