Yeni Yaşma bələdiyyəsinin sədri CƏZALANDIRILDI

 13:23 15.07.2023     399

Xızı rayonu ərazisində sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Redaktor.az-a verilən məlumata görə, Xızı  Rayon Polis Şöbəsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər zamanı rayonun Yeni Yaşma kəndi  ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərinin pozulduğuna görə Yeni Yaşma kənd bələdiyyəsinin sədri barəsində inzibati tənbeh tədbiri  tətbiq  olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

22