Sabunçuda yanğın oldu, xəsarət alan var

 19:18 15.07.2023     415

Bakı şəhərinin Sabunçu rayonunda həyətyanı sahəyə yığılan ev əşyaları 8 m² sahədə yanıb.

Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.