Naxçıvanda taxıl sahəsində yanğın - FOTO

 09:57 16.07.2023     411

Sədərək rayonunun Dəmirçi kəndi yaxınlığında taxıl sahəsində yanğın baş verib.

Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Dərhal əraziyə Sədərək Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində biçilmiş taxıl sahəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf əkin sahələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində təxminən 0,5 hektar biçilmiş taxıl sahəsi yanıb. Ətrafdakı taxıl sahələri yanğından mühafizə olunub.

2222
Vumart və Güvən reklamı Vumart Güvən