Cəbrayılda yol qəzası: piyada öldü

 11:21 16.07.2023     307

Cəbrayıl rayonunda pikap piyadanı vuraraq öldürüb.

Redaktor.az xəbər verir ki, hadisə ötən gün baş verib.

Belə ki, 1985-ci il təvəllüdlü İbayev Vüsal Aqil oğlu idarə etdiyi “Mitsubishi L200” markalı avtomobillə Cəbrayıl rayonu, Məzrə kəndinin 84-cü kilometrliyində piyada 1979-cu il təvəllüdlü Ağayev Nahid Mirhəbib oğlunu vurub və sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Cəbrayıl RPŞ-nin İstintaq qrupunda CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.