Sabirabadda TIR yoldan çıxaraq kanala aşdı – FOTO

 18:59 16.07.2023     349

Sabirabadda “Volvo” markalı TIR yük maşını yoldan çıxaraq kanala aşıb.

Redaktor.az “apa”ya istinadən xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə magistralının Sabirabad rayonunun Qaragüney kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb. “Volvo” markalı TIR yük maşını yoldan çıxaraq kanala aşıb. Nəticədə sürücü, Sabirabad rayonunun Xəlfəli kənd sakini, 1966-cı il təvəllüdlü Abışov Saleh Nadir oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

222