34 yaşlı kişi intihar etdi

 11:50 17.07.2023     271

Kürdəmir rayon sakini intihar edib.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Mürtülü kəndində qeydə alınıb.

Kənd sakini, 1989-cu il təvəllüdlü Qədirov Aqşin Məmməd oğlu özünə qəsd edib.

Onun meyiti müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır (report).