Bakıda zibillikdən 15 günlük körpə tapıldı - YENİLƏNİB

 10:26 18.07.2023     420

Bakıda zibil yeşiyindən yeni doğulmuş körpə tapılıb.

Redaktor.az xəbər verir ki, hadisə dünən saat 14 radələrində Sabunçu qəsəbəsi Tatarski küçəsində yerləşən “Oba” marketin yaxınlığında baş verib.

Oradakı zibil yeşiklərindən birinin içərisindən 10-15 günlük körpə parçaya bükülmüş halda aşkar edilib. Əraziyə dərhal təcili tibbi yardım çağırılıb. Körpə həkimlərin iştirakı ilə 1 saylı Körpələr Evinə aparılıb.

İlkin müayinə zamanı körpənin üzərində hər hansı zorakılıq əlaməti aşkar edilməyib, onun səhhəti normaldır.

Körpənin valideynlərinin müəyyən edilməsi istiqamətində iş aparılır.

Hazırda faktla bağlı Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir.

***

Bakıda 10-15 günlük körpə küçəyə atılıb.

Redaktor.az xəbər verir ki, iyulun 17-də paytaxtın Sabunçu rayonu, Tatarski küçəsində zibil yeşiklərinin birində təxminən 10-15 günlük, qadın cinsli, parçaya bükülmüş vəziyyətə uşaq aşkar edilib.

Uşaq 1 saylı Körpələr evinə yerləşdirilib.

Hazırda faktla bağlı araşdırma aparılır.