Şərurda evdə yanğın oldu

Naxçıvanda evdə yanğın olub.
Redaktor.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Aşağı Aralıq kəndində ümumi sahəsi 195 m² olan fərdi evin dam örtüyünün yanar konstruksiyaları 54 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.