Bakıda mazutluq ərazidə yanğın başladı

 21:43 18.07.2023     249

Bakıda mazutluq ərazidə yanğın başlayıb.

Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Belə ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində mazutluq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.