Bakıda binanın eyvanında asılmış kişi meyiti tapıldı

 09:51 19.07.2023     234

Bakıda yaşayış binasının eyvanında kişi meyiti tapılıb.

Redaktor.az xəbər verir ki, 1986-cı il təvəllüdlü Nicat Dadaşov yaşadığı Zabrat qəsəbəsində yerləşən binanın ikinci mərtəbəsinin eyvanında asılı vəziyyətdə tapılıb.

Onun meyiti dünən səhər saat 07 radələrində paltar asmaq üçün nəzərdə tutulmuş dəmirdən asılı vəziyyətdə aşkar edilib.

N.Dadaşovun intihar etdiyi ehtimal edilir.

Araşdırma aparılır.