Ağstafada avtomobil qadını vuraraq öldürdü

 23:12 19.07.2023     296

Ağstafa şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Redaktor.az xəbər verir ki, yolu qarşı tərəfə keçmək istəyən qadın avtomobil vurub.

Ağır xəsarətlər alan qadın xəstəxanaya aparılsa da, onun dünyasını dəyişdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.