Dəmir yolu xəttində qəza oldu

 12:34 20.07.2023     315

Sürücü diqqətsizliyi dəmir yolu xəttində qəzaya səbəb olub.

Redaktor.az xəbər verir ki, 20 iyul 2023-cü il saat 11:10 radələrində Dübəndi-Zirə dəmir yolu xəttinin 23-cü kilometrində ADY-yə məxsus yol maşını təmir işləri aparan zaman dövlət qeydiyyat nişanı 77-KD-762 olan “Toyota Prius” markalı avtomobil qorunmayan dəmiryol keçidini keçməyə cəhd edib.

Maşinist tərəfindən təcili tormozlanma aparılsa da toqquşma qaçılmaz olub. Nəticədə minik avtomobilinin sürücüsü və 1 sərnişin xəsarət alıb, yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Hadisə aidiyyəti üzrə araşdırılır.