İsmayıllıda kişi meyiti aşkarlandı

 15:09 20.07.2023     287

İsmayıllı rayonunun Diyallı kəndi ərazisində təxminən 30-40 yaşlarında olduğu ehtimal edilən kişi meyiti aşkarlanıb.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov deyib.

O bildirib ki, meyit müayinə olunması üçün morqa yerləşdirilib və hazırda onun şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tədbirlər keçirilir: "Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib".