"TIR" qəzaya düşdü, magistral yol bağlandı

 11:33 21.07.2023     240

Oğuz rayonunda xarici vətəndaşın idarə etdiyi "TIR" qəzaya düşüb, magistral yol bağlanıb.

Redaktor.az "report"a istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Bucaq kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, xarici vətəndaşın idarə etdiyi 254 AFM 05 Qazaxıstan dövlət qeydiyyat nişanlı "TIR" markalı yük avtomobili idarəetmədən çıxıb.

Nəticədə "TIR"ın bir neçə metrlik uzunluğunda olan qoşqusu yolun hərəkət hissəsində qalıb.

Buna görə də hazırda avtomobil yolunda hərəkət məhdudlaşıb.