Bakıda avtobus yanıb külə döndü - VİDEO

 13:38 21.07.2023     408

Bakının Xətai rayonunda avtobus yanaraq külə dönüb.

Bu barədə Redaktor.az-a oxucularımız məlumat verib.

Bildirilib ki, hadisə Xətai rayonu, Köhnə Günəşli qəsəbəsi İ.İsmayılov küçəsində baş verib.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. 

Redaktor.az-ın əldə etdiyi məlumata görə, bu, "Vətən.AZ Trans" MMC-nin istismarında olan 46 nömrəli müntəzəm marşrut xətti avtobusdur.

Həmidə İBRAHİMLİ