"Qaraqaşlı Broyler" ASC-nin rəhbəri cərimələndi
Neftçala rayonu, Qaraqaşlı kəndi ərazisində fəaliyyət göstərən "Qaraqaşlı Broyler" ASC-nin fəaliyyəti zamanı formalaşan tullantıların qalaqlanaraq yandırılması faktı məyyən edilib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov Redaktor.az-a bildirib ki, faktla bağlı müəssisənin rəhbəri Heydər Əsgərov barəsində akt, protokol tərtib olunub.
O, vəzifəli şəxs qismində cərimə olunub.