Kürdəmirdə avtomobil yandı

 19:41 21.07.2023     386

Kürdəmirdə avtomobil yanıb.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Təklə kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini 63 yaşlı Şərəfxanov Fərhad Ataxan oğlu "VAZ 2107" markalı avtomobillə kənd ərazisində hərəkətdə olarkən anidən yanğın başlayıb.

Dərhal hadisə yerinə FNH-in Kürdəmir rayon Dövlət yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğın zamanı sürücü xəsarət almasa da, avtomobil yarasız vəziyyətə düşüb. Fakt araşdırılır.