Naxçıvanda batan şəxsi xilas etmək istəyən polis də boğuldu - YENİLƏNİB
Naxçıvan MR Babək rayonu Uzunoba gölündə batan şəxsləri xilas etməyə çalışan polis əməkdaşı boğularaq həyatını itirib.
Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Bu gün xidmətdən kənar vaxt ailəsi ilə həmin gölün kənarında istirahət edən 1982-ci il təvəllüdlü polis serjantı Quliyev Vüsal Əbülfəz oğlu suya atılaraq göldə boğulma təhlükəsi ilə üzləşən 13 yaşlı uşağı xilas edib. Daha sonra uşağın anası, 1984-cü il təvəllüdlü Aslanlı Səadət Elman qızını xilas etmək istəyərkən polis əməkdaşı da onunla bərabər suda boğularaq ölüb.
***
Naxçıvan MR Babək rayonunda Uzunoba gölündə iki nəfər boğulub.
Redaktor.az xəbər verir ki, batan şəxslər 1984-cü il təvəllüdlü Aslanlı Səadət Salman qızı, 1982-ci il təvəllüdlü Quliyev Vüsal Əbülfəz oğludur.
Onların meyiti FHN xilasediciləri tərəfindən çıxarılıb. 2010-cu il təvəllüdlü Mehdiyev Murad Mahir oğlu xilas olunaraq xəstəxanaya yerləşdirilib.