Gəncədə piyadanı avtomobil vuraraq öldürdü

 23:35 21.07.2023     327

Gəncə şəhər Heydər Əliyev prospektində piyadanı avtomobil vuraraq öldürüb.

Redaktor.az-ın məlumatına görə, yolu qarşı tərəfə keçmək istəyən 1963-cü il təvəllüdlü Qasım Rüstəmovu "VAZ" markalı avtomobil vurub.

Piyada aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.