Göyçay sakinini avtomobil vurdu

 09:42 22.07.2023     375

Göyçay sakinini avtomobil vurub.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Cəyirli kəndi ərazisində baş verib.

Dünən gecə saat 21:45 radələrində piyada Kürdəmir kənd sakini 1954-cu il təvəllüdlü Kərimov Mehman Tapdıq oğlunu VAZ 2106 markalı avtomobil vurub.

Hadisə nəticəsində xəsarət alan kənd sakini rayon mərkəzi xəstəxanasına çatdırılıb. Hazırda vəziyyəti kafidir.

Fakt araşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən