Xaçmazda dəniz sahilində kişi meyiti tapıldı

 12:28 22.07.2023     418

Xəzər dənizinin Xaçmaz rayonu Niyazoba kənd sahillərində kişi meyiti aşkarlanıb.

Redaktor.az xəbər verir ki, araşdırmalar zamanı onun Xaçmaz şəhər sakini, 1982-ci il təvəllüdlü Ağayev Asif Balakişi oğlu olduğu müəyyənləşib.

Kənd sakinlərinin dediyinə görə, A.Ağayev ruhi-əsəb xəstəliyindən əziyyət çəkirmiş.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.